среда, 8 сентября 2010 г.

P&G yeni müsabiqəyə start verib

Procter & Gamble şirkəti Londa markası üçün müsabiqə həyata keçirir. "Yeni Londa, Yeni Sən" başlığı altında keçirilən müsabiqə gənc xanımları hədəfləyib. Belə ki, 1 ay ərzində seçilən qaliblərin hədiyyəsi çox böyük bir heyətdir. Yəni stilist, vizajist, saç ustası kimi peşəkarların toplandığı komanda qalibləri demək olar ki, başdan ayağa dəyişəcəklər.
Bundan əvvəl Pantene markası üçün də oxşar kampaniyanı keçirən şirkət nəticələrdən məmnun olduğu üçün yenə də bu tip aksiyaya müraciət edib.
Ətraflı məlumat Londa.az saytında verilib.

"Google" ilə iş birliyi "bp"yə baha başa gəlib

Axtarış sistemində reklam yerləşdirmək şirkətə 3,6 milyon dollara başa gəlib.
“bp” neft şirkəti iyun ayında “Google” internet-axtarış sistemində reklamını yerləşdirmək üçün 3,6 milyon dollar xərc çəkməli olub. Bir qədər öncə isə şirkətin xərcləri bir ay ərzində 57 min dollar təşkil etmişdi. “bp”nin reklamlara bu qədər xərc çəkməsinin səbəbi Meksika körfəzində baş verən hadisədən sonra öz imicini bərpa etmək istəyidir.
“bp” 2010-cu ilin birinci yarısında reklama 78,7 milyon dollar vəsait sərf edib. 2009-cu illə müqayisədə isə şirkətin reklam xərcləri 94 milyon dollar təşkil edib. Məhz bunun sayəsində "bp" “Google”a ən çox reklam sifariş edənlərin ilk onluğuna daxil olub.
Bu siyahıda liderliyi ABŞ-ın “AT&T Mobility” mobil operator şirkəti ələ keçirib. İyun ayında internet-axtarış sistemində reklamını yerləşdirmək məqsədi ilə şirkət təxminən 8,08 milyon dollar sərf etməli olub.
/ anspress